“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək

“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək “Azərişıq” ASC 2020-ci ildə texniki itkilərin xüsusi çəkisini 8,9%-ə endirməyi planlaşdırır.
Energetika
27 Noyabr , 2019 11:29
“Azərişıq”: Gələn il texniki itkilərin xüsusi çəkisi 9%-dən aşağı düşəcək

“Azərişıq” ASC 2020-ci ildə texniki itkilərin xüsusi çəkisini 8,9%-ə endirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

“Azərişıq” rəsmisinin sözlərinə görə, hazırda sözügedən rəqəm 10%-ə yaxındır.

“Əgər texniki itkilərin dinamikasına nəzər salsaq bu rəqəm 2015-ci ildə 13,8%, 2016-cı ildə 10%, 2017-ci ildə 9,9%, 2018-ci ildə 9,8%, 2019-cu ildə isə 9,7% olub”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi