Gələn il “Şahdəniz”dən qaz və kondensat hasilatı artacaq

Energetika
  • 28 noyabr, 2022
  • 13:37
Gələn il “Şahdəniz”dən qaz və kondensat hasilatı artacaq

2023-cü ildə Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 25,4 milyard kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2023-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Bildirilir ki, bu, 2022-ci ilin proqnozu ilə müqayisədə 1,4 milyard kubmetr və ya 5,3 % çoxdur, 2021-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 2,78 milyard kubmetr barel və ya 12,3 % çoxdur.

Gələn il “Şahdəniz” yatağından 36,4 milyon barel kondensatın hasil edilməsi gözlənilir ki, bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 2,6 milyon barel çoxdur, 2021-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə 2,32 milyon barel və ya 6,8 % çoxdur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %), "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti