Gələn il neftin və qazın nəqlindən əldə ediləcək gəlirlər açıqlanıb

Energetika
  • 08 dekabr, 2023
  • 08:23
Gələn il neftin və qazın nəqlindən əldə ediləcək gəlirlər açıqlanıb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsində neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 14,2 milyon ABŞ dolları və ya 24,2 milyon manat həcmində olması proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il üçün büdcəsinə verdiyi rəydə bildirilib.

Məlumata görə, bu, manat ifadəsi ilə 2022-ci ilin müvafiq icra göstəricisindən 17 milyon manat və ya 235,8 %, 2023-cü ilin təsdiq edilmiş büdcəsindən 8,9 milyon manat və ya 58,1 %, gözlənilən icra göstəricilərindən isə 23,4 milyon manat və ya 30,3 dəfə çoxdur.

2023-cü ildə tranzit gəlirlərinin məbləği ilkin olaraq 13,9 milyon ABŞ dolları və ya 23,6 milyon manat nəzərdə tutulub, Fondun büdcəsinə dəyişiklik zamanı bu gəlir maddəsində müvafiq dəyişiklik edilərək 9 milyon ABŞ dolları və ya 15,3 milyon manata kimi azaldılıb.

2023-cü ilin 9 ayında bu gəlir maddəsi üzrə icra 5,5 % və ya 0,5 milyon ABŞ dolları təşkil edib ki, səbəb kimi Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qara dənizdə daşınmalarda yaranmış məhdudiyyətlər səbəbindən Qərb ixrac boru kəməri ilə daşımaların aşağı olması göstərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti