Gələn il neft-qaz sazişlərindən Azərbaycana ödəniləcək bonusların həcmi açıqlanıb

Energetika
  • 06 dekabr, 2021
  • 07:22
Gələn il neft-qaz sazişlərindən Azərbaycana ödəniləcək bonusların həcmi açıqlanıb

2022-ci ildə neftin və qazın sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödəniləcək bonuslar üzrə proqnozlaşdırılan daxilolmalar 2021-ci il proqnozuna və gözlənilən icrasına nisbətdə 1,38 % və ya 10,7 milyon manat az nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

"Azalmaya səbəb kimi “Şahdəniz” layihəsi üzrə cari ildə nəzərdə tutulan vəsaitə nisbətən 2022-ci ildə aşağı proqnozlaşdırılması və "Neftçala-Xıllı" yatağı üzrə isə bonus ödənişinin 2022-ci ildə proqnozlaşdırılmaması olub", - məlumatda deyilir.

2022-ci il üzrə bonus ödənişləri 450,2 milyon ABŞ dolları və ya 765,34 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2020-ci ilin müvafiq icra göstəricisindən 2,44 milyon manat və ya 0,3 % az, 2021-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən 10,71 milyon manat və ya 1,4 % azdır.

Qeyd edək ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları ödənilməsi nəzərdə tutulur. Bonus məbləğinin 5-ci hissəsi – 450 milyon ABŞ dolları və ya 765 milyon manatı 2022-ci ilin ilk ayında ödənilməsi nəzərdə tutulur.

“Şahdəniz” yatağı üzrə yeni proqnozlar BOTAŞ şirkəti ilə qaz alışı üzrə müqavilənin imzalanmasının və qazın satış qiymətinə dair razılaşmanın gecikməsi səbəbindən BP şirkətinin əvvəlki proqnozlarına istinadən 0,2 milyon ABŞ dolları və ya 0,34 milyon manat vəsait ödənilməsi nəzərdə tutulub.

Son xəbərlər

Bütün Xəbər Lenti