Gələn il “Azəristiliktəchizat”a ayrılacaq subsidiyanın həcmi məlum olub

Energetika
  • 04 noyabr, 2022
  • 08:40
Gələn il “Azəristiliktəchizat”a ayrılacaq subsidiyanın həcmi məlum olub

2023-cü ilin dövlət büdcəsindən “Azəristiliktəchizat” ASC-yə 41 milyon manat subsidiya ayrılacaq.

"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu vəsait satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün nəzərdə tutulub. Bu göstərici cari illə müqayisədə eyni səviyyədədir.

Qeyd edək ki, noyabrın 1-dən respublikanın dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə başlanılıb. Bu ərazilərdə ümumilikdə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub.

Bakı şəhəri və respublikanın regionlarında olan digər 538 qazanxana və 87 istilik məntəqəsi isə 15 noyabr tarixindən işə qoşulacaq.

Ölkədə istilik mövsümünün başlanması və başa çatması tarixləri xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixinə kimi nəzərdə tutulur.

Son xəbərlər

Bütün Xəbər Lenti