Gələn il AÇG-də neft hasilatı azalacaq

Energetika
  • 06 dekabr, 2021
  • 06:33
Gələn il AÇG-də neft hasilatı azalacaq

2022-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda 170,1 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,5 milyon barel və ya 0,87 % azdır.

2020-ci ildə isə bu göstərici 174,6 milyon barel təşkil edib ki, bu da gələn ilin proqnoz göstəricisindən 4,5 milyon və ya 2,58 % azdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti