Gələn həftə Yunanıstan hökuməti SOCAR-la danışıqlara başlayacaq

Gələn həftə Yunanıstan hökuməti SOCAR-la danışıqlara başlayacaq Bunu Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skourletis deyib
Energetika
28 İyul , 2015 23:47
Gələn həftə Yunanıstan hökuməti SOCAR-la danışıqlara başlayacaq

Bakı. 28 iyul. REPORT.AZ/ Gələn həftə Yunanıstan hökuməti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə DESFA-nın satılması ilə bağlı məsələlərin müzakirəsinə başlayacaq. “Report” xəbər verir ki, bunu yunan mediasına açıqlamasında Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skourletis deyib.

Yunan nazirin sözlərinə görə, müzakirə ediləcək əsas məsələlər arasında DESFA-nin hansı faizlə SOCAR-a satılması, satış qiymətləri, qurumun bundan sonrakı statusu və başqa məsələlər olacaq.

Qeyd edək ki, hələlik Avropa Komissiyasının hansı qərar qəbul etdiyi açıqlanmır.

Xatırladaq ki, SOCAR DESFA-nın 66%-lik hissəsini almaq üçün razılıq əldə etsə də, bu ilin yanvarında hakimiyyətə gələn yeni yunan hökuməti bu rəqəmin 49%-ə salınmasında israrlıdır.

Əlavə edək ki, Panos Skourletis əvvəllər əmək və əhalinin sosial həmrəylik naziri olub. Yeni vəzifəyə isə bu ilin iyulun 18-də təyin edilib.