Gələn ay BTC ilə nəql olunacaq Qazaxıstan neftinin həcmi açıqlanıb

Gələn ay BTC ilə nəql olunacaq Qazaxıstan neftinin həcmi açıqlanıb Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin nəqli planlaşdırılır.
Energetika
28 Mart , 2023 11:03
Gələn ay BTC ilə nəql olunacaq Qazaxıstan neftinin həcmi açıqlanıb

Bu ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton “Tengiz” yatağından hasil edilən Qazaxıstan neftinin nəqli planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın milli operatoru “KazTransOil” şirkətinin məlumatında deyilir.

Bildirilir ki, “KazTransOil” şirkəti magistral neft kəməri ilə BTC istiqamətində növbəti neft partiyasını göndərib: “KazTransOil” Aktau limanında “Prezident Heydər Əliyev” tankerinə 9 959 ton “Tengiz” nefti yükləyib. Bu xammalın nəqli BTC kəməri ilə nəzərdə tutulur. Martın sonunadək bu marşrutla təxminən 10 min ton “Tengiz” neftinin göndərilməsi nəzərdə tutulub".

Martın 24-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən BTC ilə Qazaxıstandan neft tranzitinə başladığı barədə yaydığı məlumata görə, Qazaxıstan neftinin ilk partiyası martın 23-də tankerlə Aktau limanından Səngəçal terminalına çatdırılıb. Növbəti partiya martın 27-də gözlənilirdi.

Xatırladaq ki, Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. 2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır. SOCAR Qazaxıstan neftini BTC-yə qəbul etmək üçün 2022-ci ildə Səngəçal terminalının ərazisində toplayıcı boru kəmərləri şəbəkəsinin yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirib. Bu layihələr BTC-nin ötürmə gücündən istifadə səviyyəsini artırıb.

Son xəbərlər

Orphus sistemi