Gələn ay BOTAŞ-ın Azərbaycandan ixrac edəcəyi qazın həcmi açıqlanıb

Energetika
  • 25 aprel, 2023
  • 09:01
Gələn ay BOTAŞ-ın Azərbaycandan ixrac edəcəyi qazın həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) may ayında Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkətinə gündəlik olaraq 1 milyon 863 min kubmetr təbii qaz nəql edəcək.

“Report” Türkiyənin “Enerji Günlüğü” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) məlumatında deyilir.

Bildirilir ki, gələn ay BOTAŞ-ın Kıyıköy giriş nöqtəsindən və SOCAR-dan Türkgözü giriş nöqtəsindən spot boru qazı ehtiyatı əldə etmək hüququ qazanıblar.

EPDK bu şirkətlərin ehtiyatda saxlamaq hüququ olan tutumun miqdarını açıqlayıb. Açıqlamaya görə, may ayında Kıyıköy giriş nöqtəsi vasitəsilə gündəlik 5 milyon 131 min kubmetr qaz ehtiyatı formalaşdırılacaq. Digər tərəfdən, SOCAR may ayında Türkgözü giriş nöqtəsindən gündəlik 1 milyon 863 min kubmetr spot boru qazı ehtiyatı əldə etmək hüququna malik olub.

Son xəbərlər

Bütün Xəbər Lenti