Gədəbəy, Şəmkir və Tovuzun qazı kəsiləcək

Gədəbəy, Şəmkir və Tovuzun qazı kəsiləcək Məhdudiyyətlər qaztənzimləyici məntəqələrdə aparılacaq cari təmir işləri ilə əlaqədardır
Energetika
28 Avqust , 2015 17:01
Gədəbəy, Şəmkir və Tovuzun qazı kəsiləcək

Bakı. 28 avqust. REPORT.AZ/ Avqustun 31-dən etibarən iki gün müddətində Gədəbəy rayonu, Şəmkir rayonunun Zəyəm, Çənlibel, Morul, Sarıtəpə, həmçinin Tovuz rayonunun Alakol, Qovlar, Dondarquşçu kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudiyyətlər Qaz İxrac İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gədəbəy”, “Zəyəm”, “Çənlibel”, “Alakol”, “Qovlar” və “Dondarquşçu” qazpaylama stansiyalarında, eləcə də “Zəhmət”, “Yastı Meşə”, “Morul” və “Sarıtəpə” qaztənzimləyici məntəqələrində aparılacaq cari təmir işləri ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi