GECF: Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib

GECF: Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib
Energetika
30 May , 2018 10:27
GECF: Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ "Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib və bu, Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycan hökumətinin yürütdüyü ağıllı və müdrik siyasət nəticəsində mümkün olub."

"Report"un məlumatına görə, bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransının "Dayanıqlı gələcəyin inkişafı üçün əsas amillər: kooperasiya və innovativlik" adlı plenar iclasında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Yuriy Sentyurin deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata 2015-ci ildə qoşulub və o, ölkənin forumun üzvü olduğundan qürur duyur.

Enerji bazarının gələcəyinə toxunan Y.Sentyurin bildirib ki, onun rəhbərlik etdiyi təşkilat təbii qaza olan ehtiyacın 2040-cı ilə qədər hər il 3,5%, ümumilkdə isə 25% artacağını proqnozlaşdırır. Onun sözlərinə görə, bu, şəhərlərin inkişafından, Asiyanın qaz bazarındakı artımdan və qazın elektrik enerjisinin istehsalında hələ də əsas mənbə olmasından asılı olacaq: 

"Bu, həmçinin ekoloji məsələlər və qazın təmiz enerji mənbəyi olması ilə bağlıdır. Qaz kimi enerji mənbəyi BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmasına yol açır", - o əlavə edib.