“Gazprom” bu il qaz hasilatı planını artırmaq niyyətindədir

“Gazprom” bu il qaz hasilatı planını artırmaq niyyətindədir Bakı. 14 may. REPORT.AZ/ “Gazprom” bu il üçün qaz hasilatı planını artırmaq niyyətindədir.
Energetika
14 May , 2018 16:10
“Gazprom” bu il qaz hasilatı planını artırmaq niyyətindədir
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ “Gazprom” bu il üçün qaz hasilatı planını artırmaq niyyətindədir.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Şirkətin İdarə Heyətinin sədr müavini Vitali Markelov bildirib.

Onun sözlərinə görə, Şirkətin Direktorlar Şurasında bu il üçün qaz hasilat planı 475,8 mlrd. kubmetr həcmində təsdiq edilib: “Bu ilin qışı qaz nəqli baxımından əvvəlki ilin qışından bir qədər fərqli olub. Hazırda biz plandan 16 mlrd. kubmetr çox qaz hasil etmişik. I və II rübün nəticələrinə baxılaraq hasilat planının artırılması mümkün ola bilər”.

Son xəbərlər

Orphus sistemi