Bakı. 7 aprel. REPORT.AZ/ Rusiyanın "Gazprom" şirkəti Almaniyanın ən iri gazpaylaşdırıcı şəbəkəsinə sahib olan Verbundnetz Gas (VNG) şirkətindəki səhmlərini satışa çıxarıb.
"Report"un RBK agentliyinə istinadən verdiyi xəbərə görə, "Gazprom" nümayəndələri bildiriblər ki, VNG-nin 10.52 faizlik hissəsini satmaq istəyir.
Məsələyə aydınlıq gətirən "Gazprom"-daki mənbə deyib: "Strateji partnyor hesab etdiyimiz Wintershall Holding VNG-dəki payını satıb. Halbuki məhz bu holdinqlə sıx əməkdaşlıq edərək VNG-nin idaretməsində söz sahibi idik. Hazırda isə VNG-nin fəaliyyətinə real təsir imkanlarımız yoxdur. Bu səbəbdən dı səhmləri satmaq qərarına gəldik".