G20 nazirləri neft hasilatı səviyyələrini müzakirə edə bilər

G20 nazirləri neft hasilatı səviyyələrini müzakirə edə bilər “Böyük iyirmilik” (G20) ölkələrinin nazirlər toplantısının gündəliyinə OPEC+in üzərinə götürdüyü neft hasilatının gündəlik 10 milyon barel həcmində əlavə azaldılması məsələsi də daxildir.
Energetika
10 Aprel , 2020 17:19
G20 nazirləri neft hasilatı səviyyələrini müzakirə edə bilər

“Böyük iyirmilik” (G20) ölkələrinin nazirlər toplantısının gündəliyinə OPEC+in üzərinə götürdüyü neft hasilatının gündəlik 10 milyon barel həcmində əlavə azaldılması məsələsi də daxildir.

“Report” TASS-a istinadən xəbər verir ki, videokonfransı giriş nitqi ilə Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman açacaq, ardından OPEC Baş katibi Məhəmməd Barkindo və Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol neft bazarına dair hesabatlarını təqdim edəcəklər.

Vaxtın böyük hissəsi - təxminən 120 dəqiqəlik müddət təşkilata üzv ölkələrin nazirlərinin çıxışlarına ayrılacaq. Qrafikə əsasən, görüş Bakı vaxtı ilə saat 18:20-də başa çatmalıdır.

Eyni zamanda TASS-ın müzakirələr ilə tanış olan mənbəyi nazirlərin hasilatın əlavə olaraq azaldılması məsələsini müzakirə etməli olduqlarını söyləyib.

“Bu gün energetika sektorunda vacib olanlar neft və hasilatın azalmasıdır. Haqqında danışılası başqa şey yoxdur”, - mənbə bildirib.

Xatırladaq ki, aprelin 9-da OPEC+ ölkələri neft hasilatının üç mərhələdə azaldılması ilə bağlı razılıq əldə edib. 

Son xəbərlər

Orphus sistemi