"Frigstad" dərinsulu qazma qurğuları bazarını tərk edir

"Frigstad" dərinsulu qazma qurğuları bazarını tərk edir Bu, ultra dərinsulu bazarda müəyyən müddət çətinliklər mövcuddur
Energetika
6 Dekabr , 2016 20:30
Frigstad dərinsulu qazma qurğuları bazarını tərk edir

Bakı. 6 dekabr. REPORT.AZ/ Ofşor qazma podratçısı “Frigstad Offshore” “Frigstad Deepwater”in yeni tikililərinə sərmayə qoymaqdan imtina etmək qərarına gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, “Frigstad Offshore Group”un törəmə şirkəti olan “Frigstad Deepwater Holding Ltd” “Frigstad Deepwater Ltd”dəki bütün paylarını “China International Maritime Containers Group” (CIMC) törəmə şirkətinə satmaq niyyətindədir.

“Frigstad Offshore Group” və CIMC-nin 2012-ci ildən birgə sahib olduğu “Frigstad Deepwater Ltd” Çinin Şandun əyalətində “Yantai CIMC Raffles” tərsanəsində inşa edilməkdə olan iki ədəd VII nəsil ultra “Frigstad D90” dizayn dərinsulu qazma qurğusuna malikdir. “Frigstad Shekou” və “Frigstad Kristiansand” qurğularının çatdırılması müvafiq olaraq, 2017-ci ilin I rübü və 2017-ci ilin III rübü üzrə planlaşdırılıb.

“Frigstad Offshore”nin bazarı tərk etməsi nəticəsində CIMC tam şəkildə "Frigstad Deepwater”ə sahib olacaq və “CIMC Bluewhale Rig Ltd” adlandırılacaq. Quyuların idarə olunması CIMC-nin törəmə şirkəti olan “Bluewhale Offshore Pte Ltd” tərəfindən həyata keçiriləcək və quyular Bluewhale I (“Mavi balina”) və “Bluewhale II adlandırılacaq. Quyularda tikinti işləri üzrə menecer olan “Frigstad Offshore” komandası işlərin yekunlaşmasınadək iki quyunun tikintisinə nəzarət edəcək.

“Frigstad Group”un sədri və təsisçisi Harald Frigstad bildirib ki, ultra dərinsulu bazarda müəyyən müddət çətinliklər mövcuddur: “CIMC ilə qərara gəldik ki, şirkətimizin hazırda “Frigstad Deepwater Ltd”də sərmayə qoymağı dayandırması hər iki tərəfin maraqlarına uyğun olacaq. Bu prosesi dostluq münasibətləri əsasında həyata keçiririk və gələcəkdə də CIMC-nin yaxın tərəfdaşı olaraq qalacağıq. “Frigstad Deepwater Ltd”ni tərk etməyimiz bizə “Frigstad Group”u sənayenin canlandırılmasına yönləndirməyə kömək edəcək”. 

Son xəbərlər

Orphus sistemi