Fransanın "Total" şirkəti İran bazarını tərk edib

Fransanın "Total" şirkəti İran bazarını tərk edib Bakı. 20 avqust. REPORT.AZ/ Fransanın Total neft şirkəti rəsmi olaraq İran bazarını tərk edib.
Energetika
662
20 Avqust , 2018 13:58
Fransanın Total şirkəti İran bazarını tərk edib
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Fransanın "Total" neft şirkəti rəsmi olaraq İran bazarını tərk edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Namdar Zəngane məlumat verib.

"Total" "Cənub Pars" yatağının işlənməsi ilə bağlı sazişdən rəsmən çıxıb", - nazir bildirib. 

B.N.Zəngane deyib ki, hazırda İran "Total"ı əvəzləyəcək şirkət axtarır.

Qeyd edək ki, "Total" mayda ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşməmək üçün ölkə bazarını noyabrın 4-nə qədər tərk edəcəyini açıqlamışdı. Bəzi məlumatlara görə, Çin Dövlət Neft Şirkəti (CNPC) "Total"ın "Cənub Pars"dakı aktivlərini almaq istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi