Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram”

Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram” Fransua Olland: "Fransanın bir çox şirkətləri Azərbaycanla öz təcrübələ və bacarıqlarını bölüşməyə hazırdırlar"
Energetika
15 Mart , 2017 10:47
Fransa Prezidenti: “Total və SOCAR arasında uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram”

Bakı. 15 mart. REPORT.AZ/ "Fransa karbohidrogenlər sahəsində Azərbaycanın əsas müştərilərindən biridir". 

“Report”un xəbərinə görə, bunu Fransa Prezidenti Fransua Olland Parisdə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə verilən şam yeməyində deyib.

"Bu baxımdan mən Total və SOCAR arasında Abşeron neft yataqlarının istismarı üzrə uzun illərdən bəri davam edən əməkdaşlığı alqışlayıram", - deyə Fransa Prezidenti vurğulayıb. 

F.Olland qeyd edib ki, Fransanın bir çox şirkətləri Azərbaycanla nəqliyyat, turizm, ekologiya, təhlükəsizlik, şəhərsalma və kənd təsərrüfatı sahələrində öz təcrübə və bacarıqlarını bölüşməyə hazırdırlar: "Fransaya səfəriniz çərçivəsində Siz onların bir çoxu ilə artıq görüşmüsünüz və Sizin iştirakınızla bir çox müqavilələr imzalanıb".

Son xəbərlər

Orphus sistemi