"Fitch" SOCAR-ın proqnozunu yüksəltdi

"Fitch" SOCAR-ın proqnozunu yüksəltdi SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Neqativ"dən "Sabit"ə dəyişdirilib
Energetika
20 May , 2021 10:20
Fitch SOCAR-ın proqnozunu yüksəltdi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnozunu "Neqativ"dən "Sabit"ə dəyişib.

“Report” xəbər verir ki, SOCAR-ın qorunmayan reytinqini isə “BB+” səviyyədə saxlayıb.

Agentliyin açıqlamasına görə, qiymətləndirmə tədbirləri Azərbaycan Respublikasının suveren reytinqinə uyğun həyata keçirilib. SOCAR tamamilə dövlətin mülkiyyətində olduğu üçün “Fitch” qiymətləndirmə zamanı hökumətlə əlaqəli kriteriyaları da nəzərə alıb.

"Dövlətin SOCAR-a dəstəyi əsasən maliyyə zəmanətləri, nağd dəstək və sərmayə inyeksiyaları şəklində həyata keçirilir. Xüsusən də SOCAR-ın sosial funksiyası və dövlətin neft və qaz layihələrində iştirakı kimi əhəmiyyəti nəzərə alınıb. Biz SOCAR-ın müstəqil kredit profilini “b+” səviyyəsində qiymətləndiririk", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi