“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək

“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək OPEC+ formatı iştirakçılarının fevral və mart aylarında hasilatla bağlı verdiyi qərar neft bazarında təklif bolluğunun ehtimalını azaltmaqla qiymətlərin artmasına təkan verəcək.
Energetika
6 Yanvar , 2021 13:00
“Fitch”: OPEC+ qərarı neftin qiymətinə təkan verəcək

OPEC+ formatı iştirakçılarının fevral və mart aylarında hasilatla bağlı verdiyi qərar neft bazarında təklif bolluğunun ehtimalını azaltmaqla qiymətlərin artmasına təkan verəcək.

“Report” xəbər verir ki, bu barədə “Fitch”in təbii ehtiyatlar və xammal qrupunun rəhbəri Dmitriy Marinçenko “RİA Novosti”yə məsələni şərh edərkən bildirib.

Qeyd edək ki, OPEC+ Nazirlər Monitorinq Komitəsinin 5 yanvar tarixli görüşü zamanı hasilatın ixtisarına dair mövcud razılaşmanın fevral və mart aylarına da şamil etmək qərarı verilib. İstisna təşkil edən Rusiya və Qazaxıstan həmin müddət ərzində hasilatı artıracaq, Səudiyyə Ərəbistanı da daxil olmaqla bir qrup iştirakçı ölkə isə hasilatı daha da ixtisar edəcək.

Ekspertin fikrincə, 2021-ci ildə də OPEC+ neft bazarındakı natarazlığa yol verməmək üçün təklifi tənzimləməyə davam edəcək və bunun üçün hətta sıradankənar addımlar atıla bilər: “Ötən ilin mart – aprel aylarında rəsmi Ər-Riyad ilə Moskva arasındakı ziddiyyətlər üzündən baş vermiş qiymət müharibəsi kimi hallar heç kimə sərf etmir”.

Xatırladaq ki, OPEC+ formatının iştirakçıları arasında əldə edilmiş yeni razılaşmaya görə 2020-ci ilin may ayından gündəlik neft hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən 9,7 milyon barel, avqust ayından dekabr ayınadək 7,7 milyon barel, yanvar ayında isə 7,2 milyon barel ixtisar olunmalıdır. Sonrakı dövr üçün hər ay üçün cari vəziyyətə görə ixtisarın 500 min bareldən artıq olmayacağı şərtilə ayrıca qərar veriləcək. Yanvarın 5-də verilən qərara əsasən, fevral ayında hasilat ixtisarı 7,125 milyon barel, mart ayında isə 7,05 milyon barel olmalıdır.

Son xəbərlər

Orphus sistemi