"Fitch": SGC-nin nağd pula olan ehtiyacları əldə olunan gəlir hesabına təmin ediləcək

"Fitch": SGC-nin nağd pula olan ehtiyacları əldə olunan gəlir hesabına təmin ediləcək Reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin xarici valyutada uzunmüddətli kredit reytinqini 'BB+' səviyyəsində təsdiqləyib
Energetika
5 Mart , 2021 10:15
Fitch: SGC-nin nağd pula olan ehtiyacları əldə olunan gəlir hesabına təmin ediləcək

“Fitch" beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) xarici valyutada uzunmüddətli kredit reytinqini 'BB+' səviyyəsində təsdiqləyib.

“Report” bu barədə agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu reytinq SGC-nin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində avrobondlarına dair qiymətləndirməni özündə əks etdirir.

Reytinq, SGC-nin istiqraz sahiblərinə dövlət tərəfindən qeyd-şərtsiz, geri alınmaz tam və vaxtında geri ödəmənin təminatını əks etdirir. Nəticədə, Fitch, avrobondların reytinqini Azərbaycanın xarici valyutada uzunmüddətli reytinqinə ilə bərabərləşdirilmiş hesab edir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC "Şahdəniz" qaz-kondensat yatağının işlənməsində, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsində, Trans-Anadolu Qaz Boru Kəmərinin və Trans-Adriatik Qaz Boru Kəmərinin həyata keçirilməsində dövlətin mənafelərinin konsolidasiyası, idarə olunması və maliyyələşdirilməsi üçün 2014-cü ildə Prezident fərmanı ilə yaradılan xüsusi təyinatlı bir şirkətdir.

SGC-nin istiqrazları Azərbaycan tərəfindən açıq şəkildə zəmanət altına alınıb və istiqraz sahibləri, SGC-yə qarşı məhkəmə iddiası qaldırmadan birbaşa dövlət tərəfindən tələblərini yerinə yetirilməsini tələb edə bilərlər. Zəmanət İngilis qanunvericiliyi ilə tənzimlənir və digər təminatsız xarici suveren borclarla bərabər prioritetə malikdir.

"Ənənəvi olaraq zəmanətin örtülməsi üçün nəzərdə tutulan ehtiyatlar 2016-2020-ci illərdə illik dövlət büdcələrində nəzərdə tutulub və bu təcrübənin bu ildə davam edəcəyini gözləyirik. Layihələrin hamısı artıq istismara verildiyi üçün, SGC-nin 2021-ci ildə nağd pula olan ehtiyacları, rəhbərliyin proqnozuna əsasən, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən əldə olunan gəlir hesabına tam təmin ediləcəkdir.

SGC-nin maliyyələşdirməsi 6,5 milyard ABŞ dollarlıq borc və dövlətin kapitallaşmaya yönəldilən 2,4 milyard ABŞ dollarlıq vəsait hesabına təmin edilib. SGC, 2020-ci ildə heç bir yeni borc almayıb. Bu ilin əvvəlinə borclanma həcminin 38,5 %-i SOFAZ-ın lehinə emissiya edilmiş istiqrazlar, 30,9 %-i beynəlxalq maliyyə təşkilatları tərəfindən təmin edilmiş kreditlər və 30,6 %-i avrobondlar təşkil edib.

Son xəbərlər

Orphus sistemi