Bakı. 5 dekabr. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi iqtisadiyyata dair icmalını dərc edib.
“Report” xəbər verir ki, sənədə görə, 2019-cu ildə neftin bir barelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, 2020-ci ilə dair proqnoz isə 57,5 dollardan 62,5 dollaradək qaldırılıb.
Bununla yanaşı, 2018-ci ilə dair proqnoz da 72 dollardan 72,5 dollara çatdırılıb. Müəlliflərə görə, bu dəyişikliyin səbəbi OPEC+ formatının neft qiymətlərini sabitləşdirəcəyinə inamın artmasıdır.
“OPEC+ formatında hasilatın bir qədər azaldılmasına dair razılaşmaların mümkünlüyü ilə bağlı neft qiymətlərinin indiki səviyyədən əvvəlki rəqəmlərə qayıdacağını gözləyirik”, - icmalda qeyd olunub.