Yuxarı

​"Fitch" 2016-cı ildə neftin qiyməti üzrə proqnozlarını 45 dollaradək azaldıb

Uzunmüddətli perspektivdə neftin qiyməti 65 dollar səviyyəsində gözlənilir

Bakı. 20 yanvar. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2016-cı ildə neftin orta qiyməti üzrə proqnozlarını bir barel üçün 45 dollara qədər azaldıb.

"Report" xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.

"Fitch" uzunmüddətli perspektivdə neftin qiymətini 65 dollar səviyyəsində gözləyir. Bu zaman mənfi ssenari ehtimal etməyə əsas verir ki, 2016-ci ildə neftin qiyməti orta hesabla 35 dollar təşkil edəcək.

Agentlik analitikləri qeyd edirlər ki, neft və qaz qiymətləri üzrə proqnozlara yenidən baxılması qərarı həm enerji daşıyıcılarına olan tələbatın azalması, həm də ABŞ-da hasilatın aşağı düşməsindən irəli gəlib.

2015-ci ilin yekunu üzrə "Brent" markalı neftin qiyməti 49,6%, 2016-cı ilin əvvəlində isə 22,5% aşağı düşərək çoxillik minimumu yeniləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi