"FGE": Qlobal neft ehtiaytları II rübdə azalmayıb, IV rübdə isə artacaq

"FGE": Qlobal neft ehtiaytları II rübdə azalmayıb, IV rübdə isə artacaq Çində neft ehtiyatları II rübdə 5 mln. barel artıb
Energetika
7 İyul , 2017 16:31
FGE: Qlobal neft ehtiaytları II rübdə azalmayıb, IV rübdə isə artacaq

Bakı. 7 iyul. REPORT.AZ/ "Bütün proqnoz və gözləntilərin əksinə olaraq qlobal neft ehtiyatları 2017-ci ilin II rübündə cüzi dəyişiklik göstərəcək". "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bunu "Facts Global Energy" (FGE) konsaltiq qrupunun analitikləri qeyd ediblər. 

Şirkətin hesabatında bildirilir ki, OECD ölkələrinin neft anbarlarında ehtiyatlar II rübdə dəyişiklik göstərməyib. "Quruda neft ehtiyatları OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı qərarının qüvvəyə mindiyi 1 yanvar 2017-ci ildən etibarən azalmayıb", - deyə "FGE" qeyd edib. 

Hesabatda həmçinin qeyd olunur ki, Çində neft ehtiyatları II rübdə 5 mln. barel artım göstərdiyi halda, üzən neft anbarlarında ehtiyatlar 15 mln. barel azalıb. Lakin bununla yanaşı, daşınma prosesində olan neft ehtiyatları da bir o qədər artıb. "FGE" bu ilin son rübü üçün neft ehtiyatlarında gündəlik 500 min barel həcmində artım proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi