Yuxarı
    Bağlamaq

    ​Fevralda Ceyhan limanından Azərbaycan neftinin nəqli 4% artıb

    Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş Azərbaycan neftinin həcmi 4,824 mln. ton təşkil edib

    Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında 2 345,024 min ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb. "Report"un Azərbaycan Republikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92,124 min ton yaxud 4,09% çoxdur.

    Xatırladaq ki, bu həcmin 1 630,35 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 12,058 min ton yaxud 0,73% azdır.

    Cari ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 824,320 min ton təşkil edib.

    Ümumiyyətlə, BTC kəməri istismara verilən gündən 2015-ci il martın 1-dək Ceyhan limanından 266 763,4 min ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi