Fevralda 7 531 abunəçi qazla təmin olunub

Fevralda 7 531 abunəçi qazla təmin olunub Bakı. 9 mart. REPORT.AZ/ 2018-ci ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abunəçi qeydiyyata alınıb.
Energetika
9 Mart , 2018 12:30
Fevralda 7 531 abunəçi qazla təmin olunub

Bakı. 9 mart. REPORT.AZ/ 2018-ci ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 531 yeni abunəçi qeydiyyata alınıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 4 033-ü Bakı, Abşeron və Sumqayıt, 3 498-i isə regionlar üzrədir. 

“Yeni abunəçilərin sayının artmasında abunəçi bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub. Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abunəçilərin sayı 2 113 849-a çatıb,”- deyə məlumatda qeyd olunub.

Orphus sistemi