FES sədrinin çıxışı “Brent” neftini 79 dollara qədər bahalaşdırıb

FES sədrinin çıxışı “Brent” neftini 79 dollara qədər bahalaşdırıb ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellin açıqlamalarından sonra neft kəskin bahalaşıb.
Energetika
23 Avqust , 2024 20:09
FES sədrinin çıxışı “Brent” neftini 79 dollara qədər bahalaşdırıb

ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellin açıqlamalarından sonra neft kəskin bahalaşıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr fyuçerslərinin kotirovkaları 1,39 ABŞ dolları (1,8%) bahalaşaraq 78,61 dollar/barelə çatıb.

Nyu Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin oktyabr ayı üçün olan fyuçerslərinin qiyməti isə 1,53 ABŞ dolları (2,1%) artaraq 74,54 dollar/barelə çatıb.

Qeyd edək ki, neft qiymətləri C.Pauellin FES-nin uçot dərəcəsini azaltmağa hazır olduğunu, lakin bu prosesin vaxtı və sürətinin bir sıra amillərdən asılı olacağını deməsi ilə dəstəklənir.

“Siyasətə (fiskalı nəzərdə tutur – red.) düzəliş etməyin vaxtı çatıb və istiqamət bəllidir”, - o deyib.

Son xəbərlər

Orphus sistemi