Fatih Dönməz: “Türkiyə ilə Azərbaycan yeni layihələr barədə danışıqlar aparır”

Fatih Dönməz: “Türkiyə ilə Azərbaycan yeni layihələr barədə danışıqlar aparır” Artıq bununla bağlı işlərə başlanılıb
Energetika
21 Yanvar , 2021 17:33
Fatih Dönməz: “Türkiyə ilə Azərbaycan yeni layihələr barədə danışıqlar aparır”

Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə təqribən 9,1 milyard kubmetr təbii qaz nəql edilib.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Onun sözlərinə görə, TANAP ilə 2020-ci il ərzində 4,9 milyard kubmetr təbii qaz ötürülüb: “TANAP bir tərəfdən ölkəmizin təbii qaza tələbatının güvənliyinə çox önəmli dəstək verməklə yanaşı, digər tərəfdən, Avropanın da tələbatının aparıcı təminatçısına çevrilib. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birlikdə TANAP-ın və Azərbaycan qazının strateji önəmi daha da artacaq”.

Nazir bildirib ki, Türkiyənin ötən il idxal etdiyi təbii qazın 24 faizi Azərbaycanın payına düşüb: “Azərbaycan təbii qazının həm təhlükəsiz istifadə edildiyini, həm də bu qazı beynəlxalq bazarlara çatdıracaq layihələrdə birgə əməkdaşlıq həyata keçirilir”.

F.Dönməz qeyd edib ki, Türkiyə və Azərbaycan arasında texnologiya, təhsil və enerji sahələri başda olmaqla yeni layihələr barədə danışılır: "Artıq bununla bağlı işlərə başlanılıb".

Son xəbərlər

Orphus sistemi