Yuxarı

ExxonMobil şirkəti ətraf mühitə vurduğu ziyana görə 225 milyon dollar cərimə ödəyəcək

10 ildən artıq davam edən məhkəmə çəkişmələri ötən gün yekunlaşıb

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ-ın ən böyük neft şirkəti hesab olunan Exxon Mobil, Nyu-Cersi əyalətində ətraf mühitə vurulan ziyana görə 225 milyon dollar cərimə ödəməli olacaq.

“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Linden və Beyon şəhərlərində yerləşən neftayırma zavodlarının fəaliyyəti nəticəsində 2004-cü ildə bu bölgədə torpaq təbəqəsi ilə yeraltı sular çirkləndirilmişdi. Buna cavab olaraq əyalət rəsmiləri məhkəməyə üz tutmuşdu.

10 ildən artıq davam edən məhkəmə çəkişmələri ötən gün yekunlaşıb. Hakim Exxon Mobil şirkətinin 225 milyon dollar cərimə ödəməsi ilə bağlı yekun qərarını açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi