“ExxonMobil” İtaliyadakı 1000-dən çox yanacaqdoldurma stansiyasını satır

“ExxonMobil” İtaliyadakı 1000-dən çox yanacaqdoldurma stansiyasını satır Şirkət yanacaqdoldurma stansiyalarını 500 mln. avroya satmaq niyyətindədir
Energetika
22 Mart , 2017 17:57
“ExxonMobil” İtaliyadakı 1000-dən çox yanacaqdoldurma stansiyasını satır

Bakı. 22 mart.REPORT.AZ/ ABŞ-ın “ExxonMobil” şirkəti İtaliyada sahib olduğu 2500 yanacaqdoldurma stansiyasından 1000-dən çoxunu satmaq niyyətindədir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, "ExxonMobil" törəmə şirkəti “Esso” vasitəsilə yanacaqdoldurma stansiyalarını 500 mln. avroya satmaq istəyir.

Məlumata görə, şirkətin İtaliyadakı yanacaqdoldurma stansiyalarının sayını azaltmaq qərarı bu ölkədə yanacaqdoldurma stansiyalarının sayının həddindən artıq çox olması ilə əlaqədardır.

Qeyd edək ki, hazırda İtaliyada 21 minə qədər yanacaqdoldurma stansiyası və kompleksi fəaliyyət göstərir. Bu isə Fransadakından 2 dəfə, Böyük Britaniyadakından 3 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi