“Exxon Mobil” üç rübün nəticələrini açıqladı

“Exxon Mobil” üç rübün nəticələrini açıqladı “Exxon Mobil” şirkəti 2019-cu ilin 9 ayı əraində əldə etdiyi 8,65 milyard dollarlıq xalis mənfəətə qarşı cari ilin eyni müddəti ərzində 2,37 milyard ABŞ dolları məbləğində xalis zərərlə üzləşib. Səhm hesabına həmin göstəricilər müvafiq olaraq 2,03 və 0,55
Energetika
30 Oktyabr , 2020 18:17
“Exxon Mobil” üç rübün nəticələrini açıqladı

“Exxon Mobil” şirkəti 2019-cu ilin 9 ayı ərzində əldə etdiyi 8,65 milyard ABŞ dollarılıq xalis mənfəətə qarşı cari ilin eyni müddəti ərzində 2,37 milyard ABŞ dolları məbləğində xalis zərərlə üzləşib. Səhm hesabına həmin göstəricilər müvafiq olaraq 2,03 və 0,55 ABŞ dolları təşkil edir.

“Report” şirkətin hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayında “Exxon Mobil”in gəliri 31,7 faiz azalaraq 134 962 milyon ABŞ dolları olub. Ötən ilin üçüncü rübündə 3,17 milyard ABŞ dolları xalis mənfəət əldə edən şirkət cari ilin eyni dövründə 680 milyon ABŞ dolları məbləğində xalis zərərə uğrayıb (səhm hesabına 0,75 və 0,15 ABŞ dolları). Rüblük gəlir isə 28,9 faiz azalaraq 46,199 milyard ABŞ dolları təşkil edib.

Həmçinin hasilat həcmi də üçüncü rübdə 5,8 faiz azalaraq gündəlik 3,672 milyon barel neft ekvivalenti olub.

İqamətgahı Texasın İrvinq şəhərində yerləşən “Exxon Mobil” dünyanın ən böyük özəl neft şirkətidir.

Son xəbərlər

Orphus sistemi