Alparslan Bayraktar: “Türkiyə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır”

Alparslan Bayraktar: “Türkiyə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır” Türkiyə Şərq və Qərb arasında unikal mövqeyinə və artan daxili enerji resursları bazarlarına görə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır.
Energetika
4 İyun , 2024 10:56
Alparslan Bayraktar: “Türkiyə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır”

Türkiyə Şərq və Qərb arasında unikal mövqeyinə və artan daxili enerji resursları bazarlarına görə regionda enerji layihələri üçün əsas vasitəçi rolunu oynayır.

“Report” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakı Enerji Həftəsinin açılışında çıxışı zamanı deyib.

“Regional əməkdaşlığı gücləndirməklə, enerji təhlükəsizliyini prioritetləşdirməklə biz indiki və gələcək nəsillərə fayda verən davamlı və dinamik enerji mənzərəsi yarada bilərik”, - o qeyd edib.

Nazir Türkiyənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm irəliləyiş əldə etdiyini vurğulayıb: “Milli Uzunmüddətli Enerji Planımız 2053-cü ilə qədər “xalis sıfır” hədəfinə nail olmaq öhdəliyimizi nümayiş etdirir”.

Son xəbərlər

Orphus sistemi