“Equinor”: 2027-ci ildə neftə tələbat pik nöqtəyə çatacaq

“Equinor”: 2027-ci ildə neftə tələbat pik nöqtəyə çatacaq Koronavirus pandemiyasının təsirləri səbəbindən xam neftə tələbat gözləniləndən 2-3 il əvvəl pik nöqtəyə çatacaq
Energetika
841
18 Noyabr , 2020 18:11
“Equinor”: 2027-ci ildə neftə tələbat pik nöqtəyə çatacaq

Koronavirus pandemiyasının təsirləri səbəbindən xam neftə tələbat gözləniləndən 2-3 il əvvəl pik nöqtəyə çatacaq. Bu, 2027-2028-ci illərdə baş verəcək.

“Report” xəbər verir ki, bu barədə "ngv" Norveçin “Equinor” neft-qaz şirkətinin illik enerji icmalına istinadən xəbər verir.

Proqnoza görə, neftə tələbat təxminən 2025-ci ilə qədər böhrandan əvvəlki 100 milyon barel/gün səviyyəsinə qayıdacaq və 2050-ci ildə 88 milyon barel/günə enəcək. Bir il əvvəl “Equinor” göstəricinin 2030-cu ildə 105 milyon barel/günə yüksələcəyini və 2050-ci ildə 93 milyon barel/günə enəcəyini (əsasən elektromobillərin yayılması səbəbindən) gözləyirdi.

Sənayedə investisiyanın azalması təklifdə də azalmaların olmasına gətirib çıxaracaq ki, bu da gələcəkdə tələbin artımına təsir göstərə bilər. Eyni zamanda şirkət koronavirus pandemiyasının insanların yaşayış tərzini əhəmiyyətli dərəcədə dəyişdirdiyini, uzunmüddətli təsir göstərə biləcəyini və neftə olan tələbatın artmasını yavaşlatdığını, bunun qarşılığında isə bərpa olunan enerji mənbələrinin və elektromobillərin tətbiqinin sürətləndiyini bildirib.

“Güman ki, aviasiya yanacağına olan tələb uzun illər pandemiyanın mənfi təsirlərini hiss edəcək”, - icmalda qeyd olunur.

“Rystad Energy”nin proqnozlarına görə, neftə olan tələbatda pik nöqtə - 102 milyon barel/gün - 2028-ci ilə təsadüf edəcək. Koronavirus pandemiyasının həm qısa, həm də uzunmüddətli perspektivdə neftə olan tələblə bağlı proqnozlarını dəyişdirməzdən əvvəl “Rystad Energy” 2030-cu ildə dünyada neftə olan tələbatın 106 milyon barel/gün səviyyəsinə çatacağını gözləyirdi.

Son xəbərlər

Orphus sistemi