“Eni” şirkətinin mənfəəti 27% azalıb

“Eni” şirkətinin mənfəəti 27% azalıb Bu ilin II rübündə İtaliyanın “Eni” şirkətinin mənfəəti 27% azalaraq 562 mln. avro təşkil edib.
Energetika
27 İyul , 2019 10:12
“Eni” şirkətinin mənfəəti 27% azalıb

Bu ilin II rübündə İtaliyanın “Eni” şirkətinin mənfəəti 27% azalaraq 562 mln. avro təşkil edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin mənfəəti proqnozdan daha aşağı olub.

Mənfəətin azalması neft və qazın aşağı qiymətləri ilə əlaqələndirilir.

Hesabat dövründə şirkətin hasilatı da 2% azalıb. Bununla belə, “Eni” neft və qazın illik hasilat göstəricisinin 2-2,5% çox olacağını proqnozlaşdırır.

Şirkətin maliyyə göstəriciləri açıqlandıqdan sonra səhmləri 0,9% ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi