Azərbaycan "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək

Azərbaycan "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək Aprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşü keçiriləcək.
Energetika
1 Aprel , 2019 17:29
Azərbaycan Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək

Aprelin 2-də Rumıniyanın paytaxtı Buxarest şəhərində "Şərq Tərəfdaşlığı" üzrə enerji nazirlərinin görüşü keçiriləcək.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil ediləcək iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.

Tədbirdə "Şərq Tərəfdaşlığı" proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, "Şərq Tərəfdaşlığı" üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılacaq, energetika sektorunda məqsəd və prioritetlər üzrə irəliləyişlər nəzərdən keçiriləcək.

Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildən Avropa İttifaqı tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi