Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ötən ay 17 müəssisə müraciət edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ötən ay 17 müəssisə müraciət edib Bu ilin avqust ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılması ilə bağlı 17 müəssisə müraciət edib.
Energetika
6 Sentyabr , 2021 10:41
 Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ötən ay 17 müəssisə müraciət edib

Bu ilin avqust ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılması ilə bağlı 17 müəssisə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, müraciət çərçivəsində 60 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi