Bu ilin III rübündə Azərbaycanda istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyinin xətti ilə 1 767 müraciət daxil olub.
Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bunlardan 1 301 müraciəti Agentlik araşdırılıb və cavablandırıb. 20 müraciət baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib, 4 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub.
Bundan əlavə, 328 müraciət baxılma prosesindədir. 134 məlumat xarakterli müraciətdən 45-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.