Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 662 müraciət qəbul edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 662 müraciət qəbul edib Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və nazirlik vasitəsilə 662 müraciət daxil olub.
Energetika
6 Sentyabr , 2021 09:31
Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 662 müraciət qəbul edib

Bu ilin avqust ayında istehlakçıların hüquqlarının qorunması, abunəçilərin elektrik və istilik enerjisi, təbii qaz təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və nazirlik vasitəsilə 662 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumatda deyilir ki, bunlardan elektrik enerjisi təchizatı ilə bağlı 30-u məlumat üçün olmaqla, cəmi 556 müraciət, təbii qaz təchizatı ilə bağlı 4-ü məlumat üçün olmaqla, cəmi 52 müraciət, istilik təchizatı ilə bağlı müraciət olmayıb, 13-ü məlumat üçün olmaqla, cəmi 54 müraciət isə digər məsələlərlə bağlı olub.

662 müraciətdən 270-ni agentlik araşdırıb və cavablandırıb ( müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 3 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 342 müraciət hazırda baxılma prosesindədir, 47 məlumat xarakterli müraciətdən 12-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Son xəbərlər

Orphus sistemi