İqor Seçin: "Enerji resurslarına tələbat ildə 1,5-2% artacaq"

İqor Seçin: "Enerji resurslarına tələbat ildə 1,5-2% artacaq" Dünyada enerji resurslarına tələbat 2040-ci ilə qədər ildə 1,5-2% artacaq.
Energetika
6 İyun , 2019 17:33
İqor Seçin: Enerji resurslarına tələbat ildə 1,5-2% artacaq

"Dünyada enerji resurslarına tələbat 2040-ci ilə qədər ildə 1,5-2% artacaq".

"Report" "Banki.ru" portalına istinadən xəbər verir ki, bunu "Rosneft"in baş icraçı direktoru İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, "Rosneft" in proqnozlarına əsasən, neftə tələbat ildə təxminən 1% səviyyəsində artacaq. 2040-cı ilə qədər dünyada neft istehlakı gündəlik təxminən 20 milyon barel artacaq. Eyni zamanda enerji balansında neftin payı ildə 32%-dən 28%-dək azalacaq.

İ.Seçinin sözlərinə görə, energetikada təbii qazın payı 22%-dən 25%-ə qədər artmalıdır. Artıma "Rosneft"in proqnozlarına əsasən, nəqliyyat sektorunun 2040-ci ilə qədər 5 dəfə artacaq tələbatı səbəb olacaq. Bu müddətdə alternativ enerjinin payının 12%-dən 16%-dək artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi