Energetika sektorunda strateji sənədlərin hazırlanması metodologiyasına dair seminar keçirilib

Energetika sektorunda strateji sənədlərin hazırlanması metodologiyasına dair seminar keçirilib Bakı. 21 may. REPORT.AZ/ Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri, “Azərenerji”, “Azərişıq” və “Azəristiliktəchizat” ASC-lərin, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə seminar keçirilib.
Energetika
21 May , 2018 17:29
Energetika sektorunda strateji sənədlərin hazırlanması metodologiyasına dair seminar keçirilib

Bakı. 21 may. REPORT.AZ/ Energetika Nazirliyində energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyası ilə bağlı Avropa İttifaqının ekspertləri, “Azərenerji”, “Azərişıq” və “Azəristiliktəchizat” ASC-lərin, eləcə də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələrinin iştirakı ilə seminar keçirilib. 

Bu barədə “Report”a Nazirlikdən bildirilib. 

Məlumata görə, seminarda nazir müavini Samir Vəliyev "Kommunal Xidmətlərin İnkişafına dair Strateji Yol Xəritəsi"ndə energetika sektorunda islahatlarla bağlı əksini tapmış tədbirlərin həyata keçirilməsi üçün müvafiq strateji əhəmiyyətli sənədlərin hazırlanmasının vacibliyindən danışıb. O, bildirib ki, bu məqsədlə strateji sənədlərin hazırlanması metodologiyası üzrə beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən qurumun Azərbaycandakı səfiri Kestutis Yankauskas isə son vaxtlar “EU4Energy” Proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyasının texniki dəstəyi ilə həyata keçirilən layihələrdən bəhs edib. Səfir “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin ardınca energetika sektorunda digər strateji xarakterli sənədlərin hazırlanmasına da texniki dəstək göstərməyə hazır olduqlarını bildirib.

Sonra qurumun ekspertləri tərəfindən strateji sənədlərin hazırlanması metodologiyasından bəhs edən təqdimatla çıxış ediblər.

Tədbirdə həmçinin hazırlanmış sənədlərin, qanun layihələrinin Avropa İttifaqında mövcud ictimai məsləhətləşmə mexanizmləri barədə də fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi