Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib

Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib Şuraya təkrar seçkilər keçirilib
Energetika
31 Mart , 2021 10:06
Energetika Nazirliyi yanında İctimai Şuranın tərkibi müəyyən edilib

Energetika Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər keçirilib.

Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Seçki Komissiyasının açıqladığı səsvermə nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 9 namizəddən 6-sı İctimai şuraya üzv seçilib. Beləliklə, 18 mart və 30 mart tarixlərində keçirilmiş seçkilərin ümumi nəticələrinə görə, İctimai Şuranın 7 nəfərdən ibarət tərkibi seçilib. İctimai şuranın üzvləri haqqında məlumat aşağıda təqdim edilir:

1. Adbullayeva Mehriban Əli qızı - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İB-nin sədri

2. Cavadlı Mədaxil Məqatil oğlu - “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədr müavini

3. Əliyev Fərhad Fəqan oğlu - “Beynəlxalq Ekoenergetika Akademiyası”nın vitse prezidenti

4. Həsənov Sadiq Hüseyn oğlu - “Sağlam Həyata Doğru” İB-nin sədri

5. Mehdiyeva Aybəniz İbrahim qızı - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İB-nin sədr müavini

6. Nurməmmədov Qurban Rəcəb oğlu - “Energetika və Ekologiya” İB-nin təsisçisi

7. Tahirov Camal Fərrux oğlu - “Azad İstehlakçılar” İB-nin Energetika Komissiyasının sədri.

Son xəbərlər

Orphus sistemi