Energetika Nazirliyi və "Azərenerji" enerji təchizatında yenidən yaranmış problemlə bağlı məlumat yayıb

Energetika Nazirliyi və "Azərenerji" enerji təchizatında yenidən yaranmış problemlə bağlı məlumat yayıb Bakı. 3 iyul. REPORT.AZ/ Energetika Nazirliyi və Azərenerji ASC birgə operativ məlumat yayıb.
Energetika
3 İyul , 2018 20:54
Energetika Nazirliyi və Azərenerji enerji təchizatında yenidən yaranmış problemlə bağlı məlumat yayıb

Bakı. 3 iyul. REPORT.AZ/ Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, ötən gün ölkənin elektrik enerji sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.

Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.

Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi