Energetika Nazirliyi ötən il 227 icazə verib

Energetika Nazirliyi ötən il 227 icazə verib 2020-ci ilin IV rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 62 icazə verilib.
Energetika
14 Yanvar , 2021 18:03
Energetika Nazirliyi ötən il 227 icazə verib

2020-ci ilin IV rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 62 icazə verilib.

“Report”un Nazirliyə istinadən verdiyi məlumata görə, bunlardan 60-ı ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub. Hesabat dövründə 58 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2020-ci ildə Energetika Nazirliyi 227 icazə verib ki, bunların 214-nü idxal, 7-ni ixrac, 6-nı isə tranzitlə bağlı icazələr təşkil edib. Bu dövrdə 182 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazənin verilməsini “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi