Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb Energetika Nazirliyi “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi” haqqında Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, “Gənc Energetiklər” könüllülük proqramının icrasına başlayıb.
Energetika
24 Yanvar , 2020 13:06
Energetika Nazirliyi könüllü fəaliyyətinə başlayıb

Energetika Nazirliyi “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər İli” elan edilməsi” haqqında Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, “Gənc Energetiklər” könüllülük proqramının icrasına başlayıb.

“Report”un Energetika nazirliyinə istinadən verdiyi məlumata görə, könüllülük proqramına 18-29 yaşarası, ali təhsil müəssisələrində təhsil alan bakalavrlar və ya magistrlər müraciət edə bilərlər.

Proqram çərçivəsində könüllülər Energetika Nazirliyinin bir sıra şöbələrində 2 aylıq təcrübə qazanmaq imkanı əldə edəcəklər. Proqramın sonunda hər bir könüllüyə nazirliyin sertifikatları təqdim olunacaq.

Könüllü fəaliyyəti ilə bağlı qeydiyyat yanvarın 24-dən fevralın 17-dək davam edəcək.

Könüllülər sırasına qoşulmaq və proqramda iştirak etmək istəyən gənclər Energetika Nazirliyinin minenergy.gov.az rəsmi internet saytından “Könüllü fəaliyyəti” bölməsinə daxil olaraq elektron müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi