Energetika Nazirliyi icazələri "ASAN Xidmət" mərkəzləri vasitəsilə verəcək

Energetika Nazirliyi icazələri "ASAN Xidmət" mərkəzləri vasitəsilə verəcək Bakı. 23 yanvar. REPORT.AZ/ Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.
Energetika
23 Yanvar , 2018 14:23
Energetika Nazirliyi icazələri ASAN Xidmət mərkəzləri vasitəsilə verəcək
Report

Bakı. 23 yanvar. REPORT.AZ/ Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azərbaycan energetika nazirinin 23 yanvar 2018-ci il tarixli əmrinə əsasən, Energetika Nazirliyi tərəfindən icazələrin “ASAN Xidmət” mərkəzləri vasitəsilə verilməsinin təşkili, bu prosesin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi