Energetika Nazirliyi I rübdə 1 400-ə yaxın zəng qəbul edib

Energetika Nazirliyi I rübdə 1 400-ə yaxın zəng qəbul edib ​​​​​​​Bu ilin I rübündə Energetika Nazirliyi “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 362 zəng qəbul edib
Energetika
10 aprel 2025 09:50
Energetika Nazirliyi I rübdə 1 400-ə yaxın zəng qəbul edib

Bu ilin I rübündə Energetika Nazirliyi “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 362 zəng qəbul edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, daxil olan zənglərin 1 056-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 121-i təşəkkür xarakterli, 185-i isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin 974 “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə 974, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan 012 974 nömrəsini yığmaqla zəng edə bilərlər.

Orphus sistemi