Energetika Nazirliyi Apellyasiya Şurasının ilk toplantısı keçirilib

Energetika Nazirliyi Apellyasiya Şurasının ilk toplantısı keçirilib Şuranın qarşısında duran vəzifələr müəyyənləşdirilib
Energetika
498
16 Fevral , 2016 17:42
Energetika Nazirliyi Apellyasiya Şurasının ilk toplantısı keçirilib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu gün Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, iclasda Şuranın yaradılmasından sonra energetika nazirinin müvafiq əmrləri ilə “Energetika Nazirliyinin Apellyasiya Şurası haqqında” əsasnamə, həmçinin şura və onun katibliyinin tərkibinin təsdiq edilməsi barədə məlumatlar verilib. Şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlərdən bəhs edilib.

Bununla yanaşı, Apellyasiya Şurasının və onun katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılmasında səmərəliliyin təmin edilməsi və şurada baxılacaq şikayətlərin məzmun üzrə təsnifatlaşdırılması meyarlarının müəyyən olunması məsələləri ətrafında müzakirələr aparılıb. Şuranın qarşısında duran vəzifələr müəyyənləşdirilib.

Qeyd edək ki, Energetika Nazirliyində yaradılmış Apellyasiya Şurasına nazir müavini Gülməmməd Cavadov rəhbərlik edir. 7 nəfərdən ibarət şuranın tərkibinə nazirliyin müvafiq şöbələrinin məsul əməkdaşları daxildir.

Son xəbərlər

Orphus sistemi