Bu gün Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
Bu barədə “Report”a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Həmin gün nazir müavini Elnur Soltanov isə Bərdədə Bərdə və Tərtər rayonlarının sakinləri ilə görüşüb.
Vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik qurğu və avadanlığın yararsız vəziyyətdə olması, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Qəbullarda 10 vətəndaşın müraciətinə baxılıb.