Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək Bakı. 5 fevral. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində İstanbulda (Türkiyə) XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.
Energetika
5 Fevral , 2019 15:34
Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Bakı. 5 fevral. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində İstanbulda (Türkiyə) XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. 

Bu barədə “Report”a Energetika Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, zirvədə Azərbaycan nümayəndə heyətinin tərkibində nazir Pərviz Şahbazov da iştirak edəcək. Onun “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxışı nəzərdə tutulub.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantıda 40-a yaxın ölkənin yüksək səviyyəli hökumət nümayəndələri, sabiq prezidentlər, nazirlər, parlamentarilər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edəcək. Builki sammit “Gələcək üçün məsuliyyət” devizi altında keçiriləcək. Texnologiyanın inkişafının bəşəriyyətin gələcəyinə təsiri, iqtisadiyyatda, enerji sektorunda süni intellektdən istifadə, dinlərin bu prosesdə rolu, “Kəmər-Yol” təşəbbüsünün qlobal aspektlərinə dair müzakirələr aparılacaq.

Ümumilikdə, 17 ölkə ilə yüksək əməkdaşlıq şəraitində fəaliyyət göstərən Mərmərə Qrupu Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir. 

Son xəbərlər

Orphus sistemi