Azərbaycanın energetika naziri Türkiyədə rəsmi səfərdədir

Azərbaycanın energetika naziri Türkiyədə rəsmi səfərdədir Nazir "Petkim" şirkətinin 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək
Energetika
1 Aprel , 2015 18:27
Azərbaycanın energetika naziri Türkiyədə rəsmi səfərdədir

Bakı. 1 aprel. REPORT.AZ/ "Petkim" şirkətinin 50 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək məqsədiilə Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbula rəsmi səfərə gedib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, "Petkim-Petrokimya Holdinq" in təməli 1965-ci ildə Türkiyənin Yarımca şəhərində qoyulub. 1984-cü ildə bu qurum İzmir şəhərinin Əliağa qəsəbəsində ikinci kompleksini qurub və 2008-ci ildə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Petrokimya Holdinq"ə məxsus Neft-Kimya Zavodunun 51 faizinə yiyələnib. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır.

Son xəbərlər

Orphus sistemi