Energetika naziri Qusarda vətəndaşları qəbul edəcək

Energetika naziri Qusarda vətəndaşları qəbul edəcək İyunun 23-də energetika naziri Pərviz Şahbazov Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Energetika
5 İyun , 2023 16:58
Energetika naziri Qusarda vətəndaşları qəbul edəcək

İyunun 23-də energetika naziri Pərviz Şahbazov Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbul saat 12:00-dan etibarən Qusar rayon Heydər Əliyev Mərkəzində (Ünvan: AZ3800, Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (023) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər. Vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi